Kazinoda bir gündə 1,2 milyon dollar uduzan generala yeni vəzifə

saytların hazırlanması

Evə çatdırılma

Kazinoda bir gündə 1,2 milyon dollar uduzan generala yeni vəzifə

Dünya

31 Dekabr 2019 15:08 11079


Adı dəfələrlə qalmaqallarda hallandırılan qazaxıstanlı polis rəisi Ayan Duysembayev yeni vəzifəyə təyinat alıb. 

Cebhe.info xəbər verir ki, bu barədə  Tengrinews.kz. yazıb. Məlumata görə, O, Manqistay əyalətiin administrasiya rəhbəri Serikbey Trumova müşavir təyin olunub. 

General- mayorla bağlı mətbuatda silsilə yazılar 2019-cu ilin mayından yayılmağa başlayıb. O, at üstündə görünüb və atı ona həmyerlisi olan biznesmenin bağışladığı deyilib.  Toyuqlu pizza

Ardınca Prezident Qasım -Comərd Tokayev şəxsən videoya reaksiya verib. O, DİN-ə polis rəsinin hərəkətlərini araşdırmağı tapşırıb. Br neçə gün sonra daxili işlər naziri Erlan Turqumbayev xidmət etikasını pozduğuna görə generalın vəzifədən azad olunması barədə Prezidentə təqdimat verib.  

Ancaq bu da generalla bağlı ilk xəbər olmayıb. Generalı həm də Minskdə kazinolardan birində görüblər. Həmin gün polis rəisinin yaxın ətrafı ilə birlikdə 1,2 milyon dolları kazinoda uduzduğuna dair xəbər yayılıb. Atıray əyalətinin polis idarəsi  xəbərlə münasibət bildirərək həmin gün generalın oyun oynamadığını, ancaq dostlarının əhatəsində olduğunu deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!