Keçəlliyin qarşısını alan 3 qida AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Keçəlliyin qarşısını alan 3 qida AÇIQLANDI

Sağlamlıq

15 Noyabr 2024 14:22 1462


Kardioloq German Qandelman, immunoloq Andrey Prodeus və oftalmoloq Mixail Konovalov kişilər üçün keçəlliyə qarşı üç super qidanın adını açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, mütəxəssislər quru yosunların spirulina, qaz ciyəri və bitki yağının saç tökülməsinə qarşı mübarizədə kömək etdiyini bildiriblər. 

Qandelman 100 qram qurudulmuş spirulina yosununun gündəlik 3,5 qram maqnezium miqdarını ehtiva etdiyini söyləyib.  pizza

Onun sözlərinə görə, tez-tez saç tökülməsinə səbəb maqnezium çatışmazlığıdır: 

"Maqnezium saçın böyüməsində iştirak edir, buna görə də onun kifayət qədər miqdarı saçın tam bərpasını təmin edir".

Prodeus isə qazın qaraciyərinin dəmirlə zəngin olduğunu qeyd edib: 

“Biz həmişə saçı gec uzanan və ya tökülən insanlara dəmir səviyyələrini yoxlamağı tövsiyə edirik. Dəmirsiz saç follikulu üçün normal qidalanma və böyümə ehtimalı yoxdur”.

Konovalovun sözlərinə görə, rasionda günəbaxan yağının olması, tərkibindəki E vitamini sayəsində keçəlləşmə riskini azaldır:

“Vitamin E saçın böyüdüyü follikulun qan tədarükünü yaxşılaşdırır”.//Lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!