Keçən il vərəmdən ölənlərin sayı 40%-dən çox azalıb - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Keçən il vərəmdən ölənlərin sayı 40%-dən çox azalıb - Rəsmi

Sosial

02 Mart 2026 15:28 259


Keçən il vərəmli xəstələr arasında ölüm halları 2024-cü illə müqayisədə 42,2% azalıb.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu TƏBİB tabeliyində Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov deyib.

Onun sözlərinə görə, uşaq vərəmli xəstələrin ümumi sayı 41,7 %, yeni aşkarlanan uşaq xəstələrin sayı 50 %, yeni həssas uşaq xəstələrin sayı 60,3 %, təkrar uşaq xəstələrinin sayı isə 40 % azalıb. Yeni həssas vərəm xəstələri arasında fibroz-kavernoz formaların payı da azalıb ki, bu da uşaqlar arasında aşkarlanmanın aktivləşmə göstəricisi hesab edilə bilər. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!