Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı

Sosial

23 Yanvar 2026 17:12 530


Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda şadlıq sarayı alıb.

"Yeni Sabah" Qaynarinfo-ya istinadla xəbər verir ki, rayonda fəaliyyət göstərən "Murovdağ" şadlıq sarayı artıq keçmiş aparat rəhbərinin oğlunun adına keçib.

"Murovdağ" şadlıq sarayı vergi qeydiyyatına "Adore Business" MMC kimi alınıb. Bu MMC-nin rəhbəri isə Rüfət Cavanşir oğlu Yusifovdur. Pepperoni pizza

Bəzi məlumatlarda Şəmkirdə fəaliyyət göstərən "Yamin" şadlıq sarayının da Cavanşir Yusifovun nəzarətinə keçdiyi iddia edilir. Bu iddialarla bağlı keçmiş aparat rəhbərindən şərh almaq mümkün olmayıb.

Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib. O, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifovun qardaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!