“Keçmiş arvadım mənə 9 il xəyanət edib” - Müğənnidən şok açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Keçmiş arvadım mənə 9 il xəyanət edib” - Müğənnidən şok açıqlama

Şou

28 İyun 2022 02:02 1908


Türkiyəli müğənni Berdan Mardini ötən il boşandığı həyat yoldaşı Fatoş Yellilerlə bağlı şok açıqlama verib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 10 il evli olan sənətçi keçmiş həyat yoldaşının 9 il xəyanət etdiyini vurğulayıb:

"Hansı kişinin ağlına həyat yoldaşının xəyanət etdiyi gələr? Hələ o qadın anadırsa... Başına parik taxıb, gecə klublarında gəzəcəyini heç düşünməzdim. İş üçün Bodruma getmişdim, qayıdanda evdə yox idi. Uşaqlar da ağlamağa başladı. Telefonuna zəng etdim ki, evə gəl. Gəlmədi, telefonu da söndürdü. Sən demə, gecə klubundaymış. Səhərə qədər telefonu açmadı. Həmin gün şübhələndim. Ertəsi gün boşanmaq üçün məhkəməyə müraciət etdim". pizza mizza

"Məni kürəyimdən bıçaqladı. Dəfələrlə xəyanət etdiyini uşaqlarım da bilir. 10 il evli qaldım, sən demə 9 il xəyanət edib. Boşanandan sonra evdə əşyalar arasından nələr tapmışam. Məktublar, ətirli köynəklər. Evdə dolmalar, börəklər bişirib sevgililərinə aparırmış. Belə bir qadına uşağımı necə əmanət edim. Onsuzda analarını hər görəndə travma yaşayırlar", - deyə Berdan Mardini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!