Kəlbəcərdə hərbçimiz minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə hərbçimiz minaya düşdü

Hadisə

20 Aprel 2022 10:04 474


Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.

"Report"un xəbərinə görə, hadisə aprelin 19-da rayonun Ağcakənd kəndi istiqamətində qeydə alınıb.

Belə ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçu Ayxan Camalzadə minaya düşüb. Pepperoni pizza

Xəsarət alan hərbçimiz hospitala yerləşdirilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

Bildirilib ki, faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!