Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA GİRDİ -   Bölməyə APARDILAR

saytların hazırlanması

Evə çatdırılma

Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA GİRDİ - Bölməyə APARDILAR

Kriminal

11 İyun 2025 13:04 5832


Sumqayıtda yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimi mübahisə və fiziki münaqişə ilə nəticələnib. 

Ajans.az-ın əldə etdiyi məlumata görə, toyda iştirak edən müğənni Kəmalə Günəşliyə qonaqlar mahnı oxumağı təklif ediblər. O isə səhnədə başqa bir ifaçının olduğunu bildirərək, növbəsini gözləyəcəyini deyib.

Bu cavab toy sahibi Vəfa Mikayılovanı narazı salıb və tərəflər arasında mübahisə yaranıb. İddialara görə, tərəflər bir-birinə qarşı təhqiredici ifadələr işlədib, daha sonra isə dava düşüb. Şahidlərin sözlərinə görə, bakallar havada uçuşub, Vəfa Mikayılova və Kəmalə Günəşli saçyolduya çıxıb. Dominos pizza

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hər iki müğənni Sumqayıt Şəhər 4-cü Polis Bölməsinə aparılıb və səhərə yaxın sərbəst buraxılıblar. Məsələ ilə bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı müğənninin köməkçisi sayta cavabında “Mən yalnız toy haqqında məlumat verə bilərəm”- deyə, bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!