Kəmaləddin Heydərov Niyaməddin Musayevin QIZINI İŞDƏN ÇIXARDI

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov Niyaməddin Musayevin QIZINI İŞDƏN ÇIXARDI

Sosial

27 Yanvar 2026 15:43 2240


Xalq artisti Niyaməddin Musayevin FHN-də işləyən qızı Röya Musayeva öz ərizəsi ilə işdən çıxarılıb.

“Yeni Sabah” "Manset"ə istinadla xəbər verir ki, bununla bağlı bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, FHN-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsində baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifədən azad edilib.

Bir müddət əvvəl mətbuatda onun polkovnik rütbəsi daşıdığı iddia edilsə də, əslində Röya Musayevanın hərbi rütbəsi olmayıb. pizza hut

Məlumatı FHN-in Mətbuat Xidmətdən təsdiqləyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!