Kəmaləddin Heydərovdan yeni təyinatlar 

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərovdan yeni təyinatlar 

Sosial

02 Aprel 2024 16:07 647


Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinatlar olub. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmrlər imzalayıb.

Nazirin əmrinə əsasən, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov vəzifəsindən azad edilərək nazirliyin Baş idarəsində yeni vəzifəyə təyin olunub. Dominos pizza

Digər əmrlə isə FHN-in Şimal-Qərb Rəgional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov  vəzifəsindən azad olunaraq Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.

FHN-in Gəncə Regional Mərkəzinin rəis müavini mayor Ramin Orucov da vəzifəsindən azad olunaraq, Aran Regional Mərkəzinin rəisi təyin edilib.

Bundan əlavə, FHN-in Şimal-Qərb Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışan polkovnik Ceyhun Babayev sözügedən mərkəzin rəisi təyin olunub. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!