Azərbaycan güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçiriləcək növbəti Avropa çempionatında iştirak edəcəklər.
"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, U-17 yaş qrupunun ardınca eyni məkanda U-15 qitə birinciliyi təşkil olunacaq.
Mayın 20-dən 24-dək davam edəcək məsul yarışda hər 3 güləş növü üzrə millimizin üzvləri ölkəmizi təmsil edəcəklər. pizza
Yunan-Roma güləşi üzrə komandanın tərkibində Hüseyn Əmrahlı (38 kq), Xudayar Kərimov (41 kq), Paşa Aslan (44 kq), Pünhan Şahmarov (48 kq), Rəsul Əhmədli (52 kq), Sadiq Vəlizadə (57 kq), Raul Məmmədzadə (62 kq), İbrahim Məmmədzadə (68 kq), Süleyman Verdiyev (75 kq) və Fikrət Baxşəliyev (85 kq) yer alıb. Onlar böyük məşqçi Taleh Məmmədov, məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlının rəhbərliyi altında xalçaya çıxacaqlar.
Qızların yarışında böyük məşqçi Mariya Stadnik, məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında Ülviyyə Musayeva (33 kq), Gülay Xasməmmədova (36 kq), Nərgiz Cəfərzadə (39 kq), Leyla Əsgərova (42 kq), Mədinə Kərimova (46 kq), Günel Kərimli (50 kq), Ləman Əliyeva (54 kq), Zərifə Alızadə (58 kq), Aylin Həsənli (62 kq) və Fatimə Qayqiyeva (66 kq) mübarizə aparacaq.
Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev, Xəqan Süleymanov və Emin Əzizovun rəhbərliyi altında isə Yusif Abdullayev (38 kq), Elman İsmayılov (41 kq), Məhəmməd Kərimov (44 kq), Əli Baloğlanov (48 kq), Adəm Quliyev (52 kq), Yılmaz Səmədov (57 kq), Yusif Hüseynov (62 kq), Yusif Bədəlov (68 kq), Xəyal Şükürlü (75 kq) və Elvin Necəfzadə (85 kq) isə sərbəst güləşçilər arasında uğur qazanmağa çalışacaq.
U-15 Avropa çempionatında beynəlxalq dərəcəli hakimlərimiz Sevinc Yusibova və Samil Fəttayevlə yanaşı, milli kateqoriyalı Nihad Muradov da ədaləti qoruyacaq.\"Report"
Telegram kanalımız