Antonio Konte mövsümün sonunda “Napoli”dən ayrılacaq

saytların hazırlanması

Evə çatdırılma

Antonio Konte mövsümün sonunda “Napoli”dən ayrılacaq

İdman

19 May 2026 20:54 148


İtaliyanın "Napoli" klubunun baş məşqçisi Antonio Konte mövsümün sonunda vəzifəsindən ayrılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

A Seriyasında mövsümün başa çatmasına bir tur qalmış "Napoli" turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Neapol təmsilçisi çempionluq şansını itirsə də, UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib. Pepperoni pizza

56 yaşlı mütəxəssis 2024-cü ildən "Napoli"ni çalışdırır. Onun rəhbərliyi altında komanda İtaliya çempionu olub və Ölkə Superkubokunu qazanıb.

Antonio Konte daha əvvəl "Yuventus"la üç dəfə A Seriyasının qalibi olub. O, həmçinin "İnter"i bir dəfə ölkə çempionluğuna daşıyıb. İtaliyalı baş məşqçi İngiltərənin "Çelsi" klubu ilə Premyer Liqa və İngiltərə Kubokunun qalibi adını qazanıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!