Azərbaycanda dəhşətli qətl   - TƏFƏRRÜATLAR BİLİNDİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşətli qətl - TƏFƏRRÜATLAR BİLİNDİ

Kriminal

19 May 2026 20:11 370


Goranboyda dəhşətli qətl hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. İki qadını öldürən şəxs sonra ərazidən uzaqlaşaraq sahədə özünə xəsarət yetirib və aldığı xəsarətlərdən ölüb.

Baş verən qətlin bəzi təfərrüatı məlum olub. Toyuqlu pizza

Hadisə zamanı 1992-ci il təvəllüdlü Rövşən Məmmədovun qaynanası və həyat yoldaşının öldürüldüyü ehtimal olunur.

Belə ki, tərəflər məhkəmədən - boşanma prosesindən qayıdırlarmış. Hadisənin baş verdiyi ərazidə (Veyisli kəndi) R. Məmmədov öncə avtomobillə qaynanası Natella Duyenka (1972) və həyat yoldaşı Sevinc Məmmədovanın (2003) olduğu avtomobili vurub.

Sonra maşınla N. Dudyenkanın üzərindən keçib, ardınca S. Məmmədovanı qətlə yetirib.

Daha sonra isə boş sahəyə gedərək özünü öldürüb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!