İranın Xuzistan vilayətinin Əndimeşk şəhərində Hava Hücumundan Müdafiə Sistemi yoxlama atışləri həyata keçirib.
"Yeni Sabah" xəbər verir ki, bunu İranın Xuzistan vilayəti valisinin müavini Vəliyulla Həyati deyib.
Onun sözlərinə görə, yoxlama atəşi nəticəsində mərmilərdən biri şəhərdə yaşayış məntəqəsinə düşüb. Nəticədə 4 nəfər yaralanıb. pizza mizza
Həyati deyib ki, yaralılar xəstəxanalara aparılıb və hazırda müalicə olunurlar.
Həyati bildirib ki, İran Silahlı Qüvvələri tərəfindən lazımi tədbirlər həyata keçirilib və şəraitə tam şəkildə nəzarət olunur./Axar.az
Telegram kanalımız