Vladimir Putin Pekində səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Vladimir Putin Pekində səfərdədir

Dünya

19 May 2026 19:53 266


Rusiya Prezidenti Vladimir Putin mayın 19-da Çinə rəsmi səfər edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.

Məlumata görə, Rusiya lideri Pekinə ikigünlük səfərə Çin Prezidenti Si Cinpinin dəvəti ilə yollanıb. Səfər Rusiya ilə Çin arasında münasibətlərin əsasını təşkil edən mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının 25 illiyinə həsr olunub. Dominos pizza

Bildirilir ki, Putin Çin tərəfi ilə həm dar, həm də geniş tərkibdə danışıqlar aparacaq. Bundan əlavə, Rusiya prezidenti Si Cinpinlə "çay süfrəsi arxasında" ən aktual beynəlxalq məsələləri də müzakirə edəcək.

Səfər çərçivəsində Putinin Çin Dövlət Şurasının sədri Li Qiang ilə ticarət-iqtisadi məsələlərə dair görüşü də planlaşdırılır. Həmçinin tərəflər arasında təxminən 40 sənədin imzalanacağı gözlənilir.

Rusiya prezidentinin müşaviri Yuri Uşakov daha əvvəl bildirmişdi ki, Putini Çin səfərində beş baş nazir müavini, səkkiz nazir, Prezident Administrasiyasının nümayəndələri və iri biznes dairələrinin təmsilçiləri müşayiət edəcəklər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!