Yeni cəbhələr açacağıq - İranlı generaldan ABŞ-yə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Yeni cəbhələr açacağıq - İranlı generaldan ABŞ-yə xəbərdarlıq

Dünya

19 May 2026 17:57 279


Düşmən (ABŞ - red.) İslam Respublikasına bir daha hücum edərsə, ölkə silahlı qüvvələri ona qarşı yeni cəbhələr açmağa hazırdır.

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu İran Ordusu Quru Qoşunlarının sözçüsü Məhəmməd Əkrəminiya bildirib.

Tehranın Vəliyyi-Əsr meydanında keçirilən mitinqdə çıxış edən general Əkrəminiya vurğulayıb: pizza sifarişi

"İslam Respublikasını məğlub etmək mümkün deyil. Əgər düşmən bir daha səhv edərsə və yenidən sionist tələsinə düşərək İrana qarşı yeni təcavüz edərsə, yeni alətlər və metodlardan istifadə edərək onların əleyhinə yeni cəbhələr açacağıq".

Ordu sözçüsü qeyd edib ki, ordu atəşkəsi müharibə vəziyyətinin davamı kimi görür və bundan döyüş hazırlığını gücləndirmək üçün istifadə edir.

Əkrəminiyanın sözlərinə görə, İran silahlı qüvvələri Hörmüz boğazındakı vəziyyətə tam nəzarət edir və inanır ki, bu strateji əhəmiyyətli hövzələrdə vəziyyət heç vaxt əvvəlkinə qayıtmayacaq.

O əlavə edib: "Düşmən üçün yeganə seçim İran xalqına və İslam Respublikasının qanuni hüquqlarına hörmət etmək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!