Atası cəsur döyüşçüdür, özü də hərbçi olmaq istəyirdi -   Qəfil vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Atası cəsur döyüşçüdür, özü də hərbçi olmaq istəyirdi - Qəfil vəfat etdi

Hadisə

19 May 2026 10:57 914


Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin vəfat edən 11-ci sinif şagirdi Məzahir İslamov qazi övladıdır. 

“Yeni Sabah” xəbər verir ki, onun atası Qurbanəli İslamov 44 günlük Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitandır. 

Q.İslamov 2020-ci il sentyabrın 27-də başlayan müharibədə ön cəbhədə aktiv döyüş əməliyyatlarında iştirak edib. O, Füzuli və Qubadlı istiqamətində gedən ağır döyüşlərdə rəşadətlə vuruşub və sol ayağını itirib. pizza mizza

Prezident İlham Əliyevin sərəncamları ilə Q.İslamov müharibə göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətə görə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Q.İslamov 2021-ci ilin aprelində Suraxanı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə böyük məsləhətçi təyin edilib. O, 2022-ci ildən Suraxanı Rayon icra Hakimiyyəti başçısının Hövsan inzibati-ərazi dairəsi üzrə nümayəndəsidir.

Xatırladaq ki, kursant İslamov Məzahir Qurbanəli oğlu mayın 18-də səhər saatlarında qəfildən dünyasını dəyişib. Mərhum Bakıda dəfn olunub. 

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!