“Caspian İnvest” Bank olmayan kredit təşkilatı MMC həm rəhbərini, həm də nizamnamə kapitalını dəyişib.
“Yeni Sabah” Yurd.Media-ya istinadən xəbər verir ki, şirkətin rəhbəri İbrahim Salmanov vəzifəsindən azad olunub.
Digər qərarla, bu posta Lalə Verdiyeva gətirilib. Sezar pizza
Qeyd edək ki, BOKT ötən ilin əvvəlində Ümumi Yığıncağın qərarına əsasən Verdiyeva Lalə Əsəd qızı İdarə Heyətinin üzvü seçilmişdi. Hazırda “Caspian Invest” MMC-nin İdarə Heyətinə İbrahim Salmanov Elşən oğlu (sədar və səhmdar), Əziz Əzizzadə Emil oğlu və Lalə Verdiyeva daxildir.
“Caspian İnvest” həmçinin nizamnamə kapitalını da 24,3% və ya 2 milyon manat artıraraq 10 milyon 245 min manata çatdırıb.
Qeyd edək ki, maliyyə hesabatına əsasən BOKT ötən il 0,6 milyon manat xalis mənfəət əldə edib ki, bu, əvvəlki illə müqayisədə 3,1 dəfə çoxdur.
Xatırladaq ki, 2004-cü ildə təsis edilmiş BOKT “Caspian Invest” MMC (əvvəlki adı BOKT “Dayaq-Kredit”) kapitalının 50%-i Nurlan Şərifov Hikmət oğluna, digər 50%-i isə İbrahim Salmanov Elşən oğluna məxsusdur.
Telegram kanalımız