Magistratura üzrə təkrar imtahan keçiriləcək – Vacib detallar

saytların hazırlanması

Evə çatdırılma

Magistratura üzrə təkrar imtahan keçiriləcək – Vacib detallar

Sosial

19 May 2026 12:47 276


Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində magistraturaya qəbul imtahanının ikinci cəhdi 14 iyun 2026-cı il tarixində təkrar keçiriləcək.

“Yeni Sabah” Modern.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlumata görə, 17 may imtahanının nəticələri ləğv olunmayacaq, qüvvədə qalacaq. pizza sifarişi

Qeyd edilib ki, bakalavrlar ixtisas seçimi zamanı 15.02.2026 tarixli I cəhd, 17.05.2026 tarixli II cəhd və 14.06.2026 tarixli təkrar imtahanda əldə etdikləri ən yüksək nəticədən istifadə etməlidirlər.

Xatırladaq ki, imtahanda iştirak etmək istəyən bakalavrlar 21-23 may tarixlərində DİM-in saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!