Dəmir yolu ilə səyahət turist sayına necə təsir edəcək? - “Çox da ümidli deyiləm”

saytların hazırlanması

Evə çatdırılma

Dəmir yolu ilə səyahət turist sayına necə təsir edəcək? - “Çox da ümidli deyiləm”

Sosial

19 May 2026 12:27 207


“Gürcüstan bazarı Azərbaycan turistləri üçün o qədər də böyük deyil. Lakin quru sərhəd açılanda mühüm inkişafın olacağını çox da ümidli saymıram”.

Bu sözləri “Yeni Sabah”a turizm eksperti Cabir Dövlətzadə bildirib.

O qeyd edib ki, ümuməni turizm bazarında zəiflik hökm sürür: pizza hut

“Artıq yeni mövsümə giririk. Hələlik may ayı ötən illə müqayisədə xeyli aşağı göstəricilərlə diqqət çəkir. İyun ayı ilə bağlı gözləntilər isə tam istədiyimiz kimi deyil. Buna görə də çox da ümidli deyilik. Azərbaycan və Gürcüstan arasında turizm xidmətlərinin artırılması üçün, hər şeydən əvvəl, daha ucuz çarter reysləri olmalıdır. Bəlkə də dəmir yolunun açılması buna müəyyən dərəcədə təsir göstərəcək. Amma bunu zamanın ixtiyarına buraxaq.

Digər tərəfdən, avropalı turistlər Azərbaycanı Gürcüstan qədər tanımırlar. Xidmət paketlərinə görə insanlar daha çox Gürcüstan və Ermənistanı seçirlər. Azərbaycan isə baha ölkə kimi müştərilər üçün əlavə seçimdir”.

C.Dövlətzadə qeyd edib ki, ucuz çarter reysləri daha məqsədəuyğun olardı:

“Avropalı turistlər ən qısa və sərfəli yolu seçirlər. Məhz onların sayəsində Gürcüstandan Azərbaycana turist axını baş verə bilər.

Hazırda Bakıda WUF13 tədbiri keçirilir. Bu tədbir də ölkəmiz üçün yeni bir tanıtım vasitəsidir. Onun sayəsində Azərbaycanın turistik göstəricilərində xüsusi artım müşahidə oluna bilər”.

Xatırltma: 6 illik fasilədən sonra Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmir yolu əlaqəsi mayın 26-dan bərpa olunacaq. İkitərəfli razılaşmaya əsasən, Bakı-Tbilisi-Qars dəmir yolu da tam istismara veriləcək.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!