Beynəlxalq avtomobil daşımaları ilə bağlı yeni qərar

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq avtomobil daşımaları ilə bağlı yeni qərar

Sosial

19 May 2026 12:49 157


Nazirlər Kabineti 10 yanvar 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"də dəyişiklik edib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "İcazə" blanklarının elektron mübadiləsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "AYNA" informasiya sistemi ilə edən ölkələrlə mübadilə yalnız elektron qaydada, digər ölkələr ilə mübadilə isə kağız daşıyıcıda həyata keçirilir. pizza sifarişi

Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli "İcazə"lərinin əldə edilməsi və verilməsi yalnız elektron qaydada həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!