Qarabağ Universitetinin bu fakültəsi Şuşaya köçürülür

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Universitetinin bu fakültəsi Şuşaya köçürülür

Sosial

19 May 2026 12:37 193


Qarabağ Universitetinin İncəsənət və Turizm fakültəsi Şuşaya köçürüləcək.

"Yeni Sabah" xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir: Pepperoni pizza

"Düşünürük ki, gənclər və tələbələr şəhərə yeni ab-hava qatacaqlar".

A.Kərimov məlumat verib ki, həmçinin Şuşa şəhərində uşaq bağçasının tikintisi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!