Türkiyənin 5 vilayətində sellə bağlı   XƏBƏRDARLIQ EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin 5 vilayətində sellə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Dünya

19 May 2026 23:22 77


Türkiyə Daxili İşlər Nazirliyi Şərqi Aralıq dənizi bölgəsində yerləşən 5 vilayətin sakinlərinə güclü yağış yağacağı ilə bağlı xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, qurumun yaydığı məlumata görə, sabah səhər saatlarından etibarən Mersin, Adana, Osmaniye, Hatay və Kahramanmaraş ətrafında lokal olaraq güclü yağış gözlənilir.

Xüsusilə Adananın şimal və şərq hissələrində, Kahramanmaraşın qərbində, Hatay və Osmaniye ətrafında isə çox güclü və şiddətli leysan yağışlarının olacağı proqnozlaşdırılır. Marqarita pizza

Türkiyə Daxili İşlər Nazirliyi, sel, su basqını, torpaq sürüşməsi, kiçik ölçülü dolu, ildırım, nəqliyyatda fasilələr və yağış zamanı güclü külək kimi mənfi hallara qarşı vətəndaşları diqqətli və ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, bu il Türkiyə üzrə yağıntılar 7 aylıq dövrdə son 66 ilin ən yüksək səviyyəsinə çatıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!