ABŞ İrana qarşı hərbi əməliyyatlar zamanı qırıcı təyyarələr, dronlar, yanacadoldurma təyyarələri və xüsusi təyinatlı təyyarələr də daxil olmaqla 42 uçuş aparatı itirib.
"Yeni Sabah" xəbər verir ki, ABŞ Konqresinin Tədqiqat Xidmətinin hesabatında yer alıb.
Ən əhəmiyyətli itkilər "MQ-9A Reaper" hücum dronları olub. Onlardan 24-ü məhv edilib. MQ-9A kəşfiyyat və zərbə missiyaları üçün geniş istifadə olunur. Hər bir pilotsuz təyyarənin qiyməti 56 milyon dollardan çoxdur. ABŞ Hərbi Dəniz Qüvvələrinin bir "MQ-4C Triton" kəşfiyyat dronu Fars körfəzində naməlum səbəbdən qəzaya uğrayıb. Sezar pizza
Üç ədəd F-15E qırıcısı səhvən, daha biri isə İran üzərində vurulub. Bundan əlavə, bir ədəd F-35A qırıcısı da zədələnib və daha bir ədəd A-10 hücum təyyarəsi itirilib.
Bir ədəd "E-3 Sentry AWACS" uzaq mənzilli radar aşkarlama və idarəetmə təyyarəsi İranın zərbəsi nəticəsində yerdə məhv edilib. Hərbi kampaniya zamanı yeddi ədəd KC-135 yanacaqdoldurma təyyarəsi ciddi şəkildə zədələnib, onlardan biri qəzaya uğrayıb, altı heyət üzvü həlak olub.
Hesabatda həmçinin iki ədəd MC-130J xüsusi əməliyyat təyyarəsinin yerdə məhv edildiyi və bir ədəd HH-60W helikopterinin atəş nəticəsində zədələndiyi bildirilir.\"Report"
Telegram kanalımız