Kənd toyuğunun qiyməti   QALXDI

saytların hazırlanması

Evə çatdırılma

Kənd toyuğunun qiyməti QALXDI

Sosial

29 May 2024 23:29 943


Son iki ayda kənd toyuğunun qiyməti artıb.

Xezerxeber.az-ın məlumatına görə, bahalaşma həm diri, həm də kəsilmiş kənd toyuqlarında müşahidə olunur. Satıcılar deyirlər ki, çəkisinə görə toyuqlar arasında üç manata qədər fərq edir.

Qiymət artımı bölgələrdə də özünü göstərir. pizza hut

Tovuz və Mingəçevir bazarında da ötən aylarla müqayisədə qiymət fərqi bir manat 50 qəpiklə, üç manat arasında dəyişir.

Satıcıların sözlərinə görə, qiymətin artmasına səbəb yem məhsullarının bahalaşmasıdır. Yem məhsullarının qiyməti artdığından təsərrüfat xərcləri də çoxalır ki, bu da birbaşa diri və kəsilmiş kənd toyuğu məhsullarının qiymətinə təsir edir.

Satıcılar bildirib ki, bazarda kənd toyuğu ilə yanaşı, broyler toyuğu da alıcılara təklif olunur. Lakin broyler toyuqlarının qiyməti nisbətən aşağıdır.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!