“Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq

saytların hazırlanması

Evə çatdırılma

“Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq

Sosial

04 Mart 2026 15:33 280


Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq.

"Yeni Sabah" xəbər verir ki, yarmarka martın 7-dən 18-dək fasiləsiz davam edəcək.

Yarmarkada 25 regiondan iştirak edəcək 55 fermer, 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.  Pepperoni pizza

Yarmarka 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında fəaliyyət göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!