Kəpək təhlükəli xəstəliyin simptomu ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Kəpək təhlükəli xəstəliyin simptomu ola bilər

Sağlamlıq

19 Noyabr 2020 09:51 788


Parkinson xəstəliyinin əlamətlərindən biri də kəpəkdir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Express” nəşri Böyük Britaniyada Parkinson xəstəliyini öyrənən cəmiyyətin məlumatlarına istinadən yazıb.

Söhbət Seboreik dermatit xəstəliyindən gedir. Seboreik dermatit - baş dərisi, eləcə də bədəndə piy vəzilərinin üstün olduğu nahiyələrdə inkişaf edən iltihabi xarakterli xroniki dəri xəstəliyidir. Onun xarakterik kliniki simptomlarına dərinin qaşınması ilə müşayiət edilən iltihab və pulcuqlanma aiddir. Pepperoni pizza

Eyni zamanda, alimlər hələ də Seboreik dermatitin Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrə necə təsir etdiyini açıqlaya bilməyiblər.

Qeyd edək ki, Parkinson dofaminergik niqrostriar neyronların azalması ilə assosiasiya olunan beynin neyrodegenerativ xəstəliyidir. Parkinson xəstliyi il ərzində hər 100 min nəfərdən 5-21-də rast gəlinən haldır və dünyada həmin xəstəliyə mübtəla olan təqribən 330 min nəfər var. Xəstəliyin ilk əlamətləri adətən yaşı təxminən 55 ətrafında olanlarda meydana çıxsa da, hər 10 xəstədən birində xəstəlik 40 yaşdan əvvəl baş verir. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!