Kərəm Mustafayev haqda ağır ittihamlar – Polkovnik elə şeylər danışdı ki…

saytların hazırlanması

Evə çatdırılma

Kərəm Mustafayev haqda ağır ittihamlar – Polkovnik elə şeylər danışdı ki…

Siyasət

26 Yanvar 2023 09:12 4331


Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevlə bağlı ehtiyatda olan bir polkovnik yeni ittihamlar səsləndirib.

Bu barədə Ovqat.com saytının baş redaktoru, əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz deyib.

Ehtiyatda olan zabitin sözlərinə görə, o, 2014-cü ildən Naxçıvanda xidmət edib: pizza mizza

“Ərzaq təminatında olan hər əsgərə 250 qram əvəzinə 100 qram ət verildiyinin şahidi olmuşam. Zabit, gizir, MAXE heyətinin ərzağı, ümumiyyətlə, yeməkxanaya verilməyib. Növbətçi və cavabdeh heyətdən başqa, zabit, gizir, MAXE heyəti yeməkxanaya buraxılmayıb. Yay dövründə səhər yeməyinə isti yemək verilməyib. Sonra deyirlər, Kərəm Mustafayev çox iş görüb. Təkcə əti hesablayanda 500 000, yəni yarım milyon pul qazanıb. Plastik pəncərələr, komandir çantaları və s.

İki qış boyunca əsgərlərə qış geyimi verilməyib, əsgərlər qışı köhnə yay geyimlərində keçirib. Görün, bu “şəxsiyyət” dediyiniz şəxs dövlətə və orduya nə qədər zərər verib”. \Globalinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!