Xəbər verdiyimiz kimi, Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən bir qrup şəxsin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
İş üzrə zərərçəkmiş şəxs kimi sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”nin rəhbəri Mirşahin Ağayev tanınıb. pizza
Məsələ ilə bağlı “Yeni Sabah”ın əməkdaşı Misir Mərdanovla əlaqə saxlayıb.
Keçmiş nazir istintaq sirri ilə bağlı əlavə açıqlama vermək istəmədiyini bildirib.
“Yaxşı olardı ki, məhkəməyə gəlib özünüz bu barədə eşidəydiniz. Ona görə də indi bu haqda bir şey deyə bilmərəm”.
Xatırladaq ki, məhkəmənin ilk baxış iclası dekabrın 27-nə təyin edilib.
Telegram kanalımız