Bir gün əvvəl Ermənistanın iqtisadiyyat naziri vəzifəsindən istefa verən Vahan Kerobyan Milli Təhlükəsizlik Xİdmətinə (MTX) dəvət olunub.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, Kerobyan MTX-də bir neçə saat keçirib. Onun İqtisadiyyat Nazirliyində bu yaxınlarda üzə çıxan korrupsiya faktları çərçivəsində dindirildiyi güman edilir. Ona qarşı ittiham irəli sürüləcəyi və həbs olunacağ idiası da mövcuddur.
MTX rəsmisi iddianı nə təsdiq, nə də təkzib edib. Qurumun açıqlama verəcəyi gözlənilir. Sezar pizza
Yada salaq ki, təxminən 2 həftə əvvəl nazirlikdə korrupsiya qalmaqalı ilə bağlı 2 cinayət işi üzrə həbs olunanlar var.
Telegram kanalımız