"Hücumların əsas məqsədi və təşkili istiqamətləri bir çox hallarda qonşularımızı işarə edir".
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, general-leytenant İlqar Musayev bildirib.
O deyib: "Xidmətimizin tərkibində fəaliyyət göstərən Kibermərkəz istər müharibə dövründə, istər dinc dövrdə hər gün yüzlərlə kiberhücumlarla mübarizə aparır, onları analiz edir və onların dövlət qurumlarına çatdırılmaması üçün tədbirlər görür. Bilirsiniz ki, kiberhücumların istiqamətləri manupulyasiya edilə bilir, lakin motivə baxdıqda bu hücumların əsas məqsədi və təşkili istiqamətləri bir çox hallarda qonşularımızı işarə edir. pizza sifarişi
Ümumilikdə isə kiberhücumların sayında artım müşahidə olunur. Son zamanlarda ən çox rastlanan kiberhücumlara fişinq hücumları ilə başlayan xüsusi hədəfli APT hücumlarını, DDoS hücumlarını və s. misal göstərmək olar. Belə kiberhücumlarla mübarizə üçün tərəfimizdən aparılan monitorinqlər və kiberkəşfiyyat platformalarından əldə olunan məlumatlar əsasında bir sıra bloklamalar aparılır. Misal olaraq, 2022-ci il ərzində dövlət qurumları adından istifadə etmək üçün hakerlər tərəfindən “gov.az” domeninə bənzədilmiş 48 domen adı müəyyən edilmiş və ölkə üzrə bloklanaraq kiberhücum cəhdləri planlama mərhələsində qarşısı alınıb. Eyni zamanda aparılan analizlər nəticəsində il ərzində 1 192 xüsusi kiberhücum indikatoru blok edilərək dövlət qurumlarına qarşı həyata keçirilən yüzlərlə kiberhücumun qarşısı alınıb.
Bundan əlavə il ərzində elektron poçtlar vasitəsi ilə dövlət qurumlarına göndərilən 2 milyondan çox zərərverici və fişinq tərkibli e-poçt bloklanaraq dövlət qurumlarına çatdırılmasının qarşısı alınıb".
Telegram kanalımız