“Kılıçdaroğlu bu gün istefa verməlidir”.
Yenisabah.az CNN Türk-ə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin sabiq dövlət naziri, CHP-li Mehmet Sevigen canlı yayım zamanı bildirib.
“Biz ona yalvardıq ki, cümhuriyyətə qarşı olanlarla birləşmə, amma onları yanına aldı. Ən yöndəmsiz Baş nazir dediyi Ahmet Davutoğlunu öz tərəfinə çəkdi. Ali Babacana gənc idealist dedi, onu da yanına aldı, amma bu adam bütün Türkiyəni satmışdı. Niyə ayağa qalxıb Kemal bəyə istefa demirlər? Mənim dərdim Cümhuriyyət Xalq Partiyasıdır. Kemal bəy CHP-ni dağıtdı. O, dərhal istefa verməli və qurultayı çağırmalıdır. Siyasət etimad məsələsidir”. Pepperoni pizza
Telegram kanalımız