Kılıçdaroğlu hakimiyyətə gəlmədən vəzifə paylayır - Akşener də danışdı

saytların hazırlanması

Evə çatdırılma

Kılıçdaroğlu hakimiyyətə gəlmədən vəzifə paylayır - Akşener də danışdı

Siyasət

24 May 2023 15:46 908


Türkiyə prezidentliyinə namizəd, CHP sədri Kemal Kılıçdaroğlu yeni vədləri ilə gündəmə gəlib. 74 yaşlı siyasətçi bu dəfə vəzifə paylaması ilə diqqəti öz üzərinə çəkib. 

Yenisabah.az xəbər verir ki, Kemal Kılıçdaroğlunun nazir “təyin etdiyi” növbəti şəxs Zafer Partiyasının sədri Ümit Özdağdır. Ötən gün CHP sədri ilə görüşən Özdağ bu gün yeni açıqlama verib. O, Kemal Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə özünün Daxili İşlər naziri olacağını bildirib.

“Millət” İttifaqında təmsil olunan “İYİ” Partiyasının sədri Meral Akşener məsələyə qısa münasibət bildirib: “Xeyirli olsun”. pizza mizza

Xanım siyasətçi jurnalistlərin israrına baxmayaraq, bu məsələyə ətraflı şərh verməkdən yayınıb. O, “Biz Kemal bəylə vəzifə bölgüsü aparmadıq” - deməklə kifayətlənib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!