Türkiyə prezidentliyinə namizəd, CHP sədri Kemal Kılıçdaroğlu prezident olacağı təqdirdə Türkiyədəki suriyalı qaçqınlarla bağlı siyasətindən söz açıb.
Yenisabah.az xəbər verir ki, bu barədə partiya sədri sosial şəbəkə hesabında paylaşım edib.
“Əsgərimiz Suriyada şəhid olacaq, buradakı gənc qaçqınlar kral kimi yaşayacaq. Biz onları qəbul etmirik! Mənim ölkəm heç kimin qaçqın saxlama anbarı deyil. 2 il ərzində hamısını göndərəcəyik!”, - ana müxalifət lideri yazıb. Sezar pizza
Xatırladaq ki, müxalifət təmsilçisinin qaçqınlarla bağlı sərt ritorika ilə çıxışlar etməsinə baxmayaraq, 1951-ci ildə qəbul olunan Cenevrə Konvensiyasının 33-cü maddəsi qaçqınların təqib təhlükəsi olan yerlərə geri göndərilməsini birbaşa qadağan edib.
Telegram kanalımız