Kimsə bu lyuka düşəcək: Yasamalda problem - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Kimsə bu lyuka düşəcək: Yasamalda problem - VİDEO

Xalqın səsi

04 Noyabr 2025 16:36 5578


Kanalizasiya lyuku vətəndaşlar üçün problem yaradıb.

Sakinlərin “Yeni Sabah”a müraciətinə görə, Yasamal rayonu İ.Qutqaşınlı küçəsi, “Atles Plaza”nın qarşısında yerləşən lyuk bərbad vəziyyətə düşdüyündən sakinlər və avtomobillər üçün ciddi təhlükəyə çevrilib.

Şikayətçilər bildirib ki, dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdikdən sonra, onları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yönləndiriblər. AAYDA-ın əməkdaşları ərazidə olub və lazımi tədbirlərin görüləcəyini deyib. Daha sonra sözügedən qurumdan sakinlərə deyilib ki, məsələ Yasamal Rayon Sukanal İdarəsinə yönləndirilib. Lakin problem hələ də öz həllini tapmayıb. Dördpendirli pizza

Məsələ ilə bağlı Yasamal Rayon Sukanal İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşların müraciəti qeydə alınıb və aidiyyəti üzrə tədbir görüləcək.

Problemi diqqətdə saxlayırıq.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!