Formula 1-in sabiq rəhbəri Berni Ekklstoun “The Times” qəzetinə maraqlı müsahibə verib.
“Yeni Sabah” xəbər verir ki, Formula 1-in gələcəyi və şəxsi həyatı ilə bağlı sualları cavablandıran B.Ekklstoun siyasətə gəldikdə isə Rusiya dövlət başçısı Vladimir Putinə olan heyranlığını gizlətməyib:
“Kimsə Putinə silah tuşlasa, özümü onun önünə ataram. Çünki o, yaxşı insandır və insanlar üçün yaxşı olmayan heç nə etməyib. O, Krımı ilhaq etdi, lakin bunu Rusiyanı yenidən birləşdirmək üçün etdi ".
Sabiq Formula-1 rəhbərinin demokratiya və Avropanın idarə olunması ilə bağlı açıqlamaları da xeyli maraqlıdır:
“Putinin Avropanı idarə etməyini istəyərdim. Onsuz bunu ondan başqa heç kim edə bilməz. İndikindən daha pis vəziyyətin yaranması da mümkün deyil. Mən demokratiya tərəfdarı olan bir insan deyiləm. İdarədə diktatora ehtiyac var. Diktator olaraq "bunu edəcəyəm", deyə bilərsiniz, demokratiyada isə məsələ yubadılır".
Elnarə İlham
Telegram kanalımız