“Kinematoqrafiyanın inkişaf Konsepsiyası” hazırlanır

saytların hazırlanması

Evə çatdırılma

“Kinematoqrafiyanın inkişaf Konsepsiyası” hazırlanır

Sosial

08 Aprel 2019 19:52 766


“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi hazırlanır.

Mədəniyyət Nazirliyindən "Yeni Sabah"a verilən xəbərə görə, bu məqsədlə tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, eləcə də dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi Qrupu yaradılıb.

Konsepsiya ilə bağlı təkliflərini təqdim etmələri məqsədilə ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələrinə, bu sahədəki ictimai təşkilatlara nazirlik tərəfindən müvafiq məktublar göndərilib. Hazırda onları təqdim etmiş təşkilatların iştirakı ilə təkliflər İşçi Qrupu tərəfindən müzakirə olunur. Marqarita pizza

Bundan əlavə, konsepsiyanın hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi üçün yaradılıb, Nazirliyin Aparat rəhbərinin müavini, hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov, Kinematoqrafiya şöbəsinin sektor müdiri Aydın Hüseynov və “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Azər Quliyevdən ibarət İşçi Qrupu Azərbaycanın Litva və Macarıstan respublikalarındakı səfirliklərinin dəstəyi ilə sözügedən ölkələrdə səfərlərdə olub, bu ölkələrin kino sənayesinin iştirakçıları ilə görüşlər keçirib, kinematoqrafiya sahəsindəki vergi, gömrük və digər imtiyazlarla bağlı təcrübələrini təhlil ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamında Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsinin hazırlanması tapşırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!