Kinoittifaqdan heç kim istefa verməyib - Qalmaqal böyüyür

saytların hazırlanması

Evə çatdırılma

Kinoittifaqdan heç kim istefa verməyib - Qalmaqal böyüyür

Mədəniyyət

26 Yanvar 2023 16:10 1611


“Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb”.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bəyanatda qeyd edilib ki, ARKİ-nin Nizamnaməsinə əsasən səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər: Toyuqlu pizza

“Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildiriblər”.

Qeyd edək ki, bu səhər ARKİ-nin üzvlüyündən 20-ə yaxın mədəniyyət və incəsənət xadimi istefa verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!