“Kinoya ayrılan pullar hara xərclənir?” - Tanınmış ssenaristdən etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Kinoya ayrılan pullar hara xərclənir?” - Tanınmış ssenaristdən etiraz

Mədəniyyət

03 Noyabr 2022 14:27 1942


Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, yazıçı-publisist, "SSP Prodakşn" film studiyasının rəhbəri Cəlaləddin Qasımov Mədəniyyət Nazirliyinə etiraz edib.

Yenisabah.az xəbər verir ki, o, nazirliyə dəfələrlə film ssenarisi göndərsə də, qəbul edilmədiyini bildirib:

“Mədəniyyət Nazirliyinə müsabiqə üçün 5 bədii film ssenarisini göndərdim. Amma heç birinin ssenarisi bəyənilmədi. 5 filmi banklardan kredit götürərək öz hesabıma istehsal elədim. Beynəlxalq festivallardan 170 mükafat aldım. Bütün mükafatlar ssenariyə verildi. Sezar pizza

Biz kommersiya məqsəd ilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Çəkdiyimiz filmlər dünya distribütorları tərəfindən 17 platformaya yerləşdirilib. Dünya film bazarında özünə layiqli yer tutub. Dünya mediasında bu ekran əsəri barədə geniş məlumatlar yazılıb. Beynəlxalq festivallarda Ermənistanın  Qarabağla bağlı çəkdiyi filmləri ürək ağrısı ilə seyr edib onlarla mübrizə apararakən burada da Mədəniyyət Nazirlyinin işciləri ilə mübarizə aparıram. Son üç ilə yaxındır ki, filmlərin təqdimatı yoxdur. Bəs onda kinoya ayrılan pullar hara xərclənir?” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!