Kipr klubunun səfər proqramı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Kipr klubunun səfər proqramı açıqlandı

İdman

25 İyul 2022 22:06 921


UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Neftçi"nin qonağı olacaq Kipr "Aris"inin Bakıya səfər proqramı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, Limassol təmsilçisi matçdan iyulun 26-də Larnaka hava limanından çarter reysi ilə Azərbaycan paytaxtına yola düşəcək.

Ertəsi gün axşam “Aris”in baş məşqçisi Aleksey Şpilevski və kapitan Delmiro Naşimentunun iştirakı ilə mətbuat konfransı keçiriləcək. Dördpendirli pizza

Qonaqlar matçdan bir gün sonra - iyulun 29-da Kiprə qayıdacaq.

"Bakcell Arena"da təşkil olunacaq "Nerftçi" - "Aris" görüşü saat 21:00-da başlayacaq. Larnakadakı ilk matçda "ağ-qaralar" rəqibinə 0:2 hesabı ilə uduzub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!