“Kişidirlərsə, mənbəni göstərsinlər, əks halda “gözü ilə görmüşlərdəndirlər””

saytların hazırlanması

Evə çatdırılma

“Kişidirlərsə, mənbəni göstərsinlər, əks halda “gözü ilə görmüşlərdəndirlər””

Siyasət

16 May 2021 10:12 2510


Milli Məclisin deputatı Elman Nəsirov onun adından sosial şəbəkədə yayılan “Ən böyük arzum şəhid olmaqdır. Qarabağda nəsib olmadı, yəqin ki, Qüdsdə şəhid olaram” ifadəsinə aydınlıq gətirib.

“Yeni Sabah” xəbər verir ki, deputat Pravda.az-a açıqlamasında bildirib ki, heç bir mətbuat orqanına belə açıqlama verməyib.

E.Nəsirov bu yayanları “xəstə” adlandırıb: “Xəstə adamlardır. Ona görə də təklif edirəm ki, sosial şəbəkələrlə bağlı qanun qəbul edilməlidir. Bu şayiəni uyduranı məhkəməyə versəm, şər və böhtan maddəsi üzrə gərək həbs oluna. Sonra da anti-Azərbaycan dairələr deyəcəklər ki, həbs olunan şəxs siyasi məhbusdur.  pizza mizza

Baxın, ölkəmizdə “siyasi məhbus” belələrinə deyirlər. Böhtan yayan “insanlar” kişidirlərsə, mənbəni də göstərsinlər. Yox, bunu edə bilməsələr, onda “gözü ilə görmüşlərdəndirlər”. Kişi olan kəs mübarizəni kişi kimi aparar. Açıq, üzbəüz ideoloji mübarizədə məğlub etdiklərim komputer arxasında “şir”ə dönürlər. Doğrudan da, sürünmək üçün doğulanlar uça bilməzlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!