Bəzən dünyanın ən imkanlı, hamı tərəfindən hörmət olunan şəxsi də zaman-zaman etdiyi yersiz hərəkətlərlə özünü klouna çevirir. Bu prosesdə ona kənardan heç bir müdaxilə olmur. Özü bilərəkdən və ya bilməyərəkdən “drift”lər edir, qəzaya düşür, nəticədə ağır travma alıb həyatıda yeni rolunu ifa etməyə başlayır: Oyunbazlıq... Onun ən böyük tamaşaçı kütləsi isə yeniyetmələr olur. Axı onlar klounları çox sevirlər.
Onlar təlxəyə çevirildiklərinin fərqindədirlər. Amma bunu qəbul etmirlər. Ciddi görünməyə çalışırlar. Buna görə də böyük ideallardan danışırlar. Özlərini mübariz insan kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar. Mübariz Mənsimov kimi...
Azərbaycanda heç kim Siyavuş Novruzovun siyasi tryuklarından istifadə etməyi özünə sığışdırmazdı, amma Mənsimov bunu həvəslə edib “Hababam sinfi”nin komandoları görüntüsündə özünün yeni artistlik məharətini nümayiş etdirdi. Novruzov demişdi ki, o Əfqanıstanda “naçalnik razvetkanın sədri” olaraq əməliyyatlarda iştirak edib. O zaman cəmiyyət YAP-çı deputatın bu sözünə qarnını tutaraq uğunub getmişdi. Hoydu-hoyduya götürmüşdülər Siyavuş bəyi. Siyavuşda Siyavuşluq qalmamışdı. pizza mizza
İndi Mübariz də deyir ki, Əfqanıstanda hərbi xidmətdə olub. Ciddi-ciddi deyir bunu. Müdafiə Nazirliyi də onun TTX-sını açıqlayır. Bəlli olur ki, o əsgərlikdə “povar” olub. Əfqanıstan üzü görməyib. Əslində, “povar” olmaq, kartoşka soyub, soğan doğramaq ayıb iş deyil. Ayıb olan yalan danışmaqdır. Özü də o yalan ki, ömrü nəinki 40 gün, heç bir gün də çəkmədi.
İndi Azərbaycanda qeyri-ciddi qəbul olunan “Tik-Tok” sosial şəbəkəsində Mübariz Mənsimovun fotosu ilə hazırlanmış həvəskar videolar doludur. Bu başa düşüləndir. Çünki uşaqlar hər gördüyünə inanırlar. Bu videoların yayılması, kütləviləşməsi isə mütəşəkkil feyk profillər tərəfindən həyata keçirilir. Fikir vermizinizmi, Mənsimovla bağlı yayılan videoların, onu müdafiə edənlərin, təbliğatını aparanların heç biri profil yerinə öz şəklini qoymur, adları öz adları deyil, ünvanları dünyanın ən müxtəlif yerləri göstərilir.
Hə, bir də, həmin dəstənin ən yaxşı bacardığı iş söyüş söyməkdir. Bu, tərbiyəsiz, əxlaqsız bir qrupdur ki, onlar davranışları ilə müdafiə etdikləri şəxsi güzgü kimi əks etdirirlər. Axı Mübariz özü də o gün demişdi ki, hansısa “Lotu”ya zəng edib söyüb.
Bəs, Mübarizin sosial şəbəkələrdə yayılan videoları niyə populyarlıq qazanır? Çünki o videolar vətənpərvərlik mövzuları ilə maskirofka olunur. Vətən bizim toplum üçün həssas mövzudur. Amma bəzən vətənpərvərliyin kimlərin son sığınaq yeri olduğunu unuduruq.
Telegram kanalımız