Klubda müştərini döyərək öldürən şəxs məşhurların mühafizəçisi imiş   - Video

saytların hazırlanması

Evə çatdırılma

Klubda müştərini döyərək öldürən şəxs məşhurların mühafizəçisi imiş - Video

Maraqlı

30 Avqust 2021 16:24 2628


Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

Yenisabah.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Orxan Şahbazov uzun illər fitness-məşqçisi kimi fəaliyyət göstərib. pizza hut

O, sosial şəbəkələrdə kifayət qədər tanınır. O. Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi olub. Həmçinin Rusiyada yaşayan məşhur bloger Hüseyn Həsənovun Bakıya səfəri zamanı onun təhlükəsizliyinə cavabdeh olub.

Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!