Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, 500-dən çox komandanın yer aldığı siyahıda Azərbaycandan 3 klub təmsil olunur. Bunlar "Qarabağ", "Neftçi" və "Zirə"dir. Onların sırasında ən yaxşı göstərici Ağdam təmsilçisinə məxsusdur.
Qurban Qurbanovun komandası dekabr ayı ilə müqayisədə 7 pillə irəliləyərək 78-ci yerə yüksəlib (139 xal). "Neftçi" (66,5 xal) 385-ci pillədən 290-cı, "Zirə" (50,25 xal) 577-ci yerdən 478-ci yerə qalxıb. Dördpendirli pizza
Siyahıya əvvəlkitək Braziliya "Flamenqo"su (299 xal) başçılıq edir. "Palmeyras" (Brazilya, 584 xal) ikinci, "Liverpul" (İngiltərə, 273 xal) üçüncü pillədədir.
Telegram kanalımız