Koçaryanın ailə üzvləri Baş Prokurorluğa çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Koçaryanın ailə üzvləri Baş Prokurorluğa çağırıldı

Rəsmi

18 İyul 2023 14:18 1875


Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ailəsinin bütün üzvləri, o cümlədən gəlinləri Baş Prokurorluğun Qanunsuz Əldə Olunmuş Əmlakın Müsadirəsi İdarəsinə çağırılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə rəsmi bildirişlərin yer aldığı “Azdarar” portalı məlumat yayıb. 

Qeyd edək ki, Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun vəsatəti əsasında Robert Koçaryan və ailə üzvlərinə məxsus əmlaklara həbs qoyub. Söhbət 20 daşınmaz əmlak, 2 avtomobil, ümumi məbləği 1,5 milyon dollar olan vəsait və 10 milyard dramlıq qiymətli kağızlardan gedir.  Toyuqlu pizza

Məlumata görə, Koçaryanın ölkədə və xarici şirkətlərdəki payları da bura daxildir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!