Köçəryan Araiki İrəvana çağırdı - Necə gedəcək? 

saytların hazırlanması

Evə çatdırılma

Köçəryan Araiki İrəvana çağırdı - Necə gedəcək? 

Rəsmi

20 İyun 2023 18:09 1776


Baş separatçı Araik Arutyunyan İrəvana çağırılacaq. 

Bu barədə 44 günlük müharibənin nəticələrini araşdıran təhqiqat komissiyasının sədri Andranik Köçəryan jurnalistlərlə görüşündə məlumat verib. 

O bildirib ki, yaxın vaxtlarda istintaq komissiyasına Araik Arutyunyanı dəvət etmək niyyətindədirlər.  pizza hut

Xatırladaq ki, bugünkü sessiyada Nikol Paşinyan geniş açıqlama verib, müharibənin niyə noyabrın 9-da dayandırıldığını açıqlayıb, danışıqlar prosesinin təfərrüatlarını təqdim edib. 

Maraqlıdır, Köçəryan Araiki hansı vasitə ilə İrəvana gətirmək niyyətindədir. Azərbaycan Laçında buraxılış məntəqəsi qurduqdan sonra separatçılar tamamilə təcrid olunublar. Onlar Xankəndini tərk edə bilmirlər. Ona görə də, Köçəryanın nə deməsindən asılı olmayaraq, Araikin İrəvana getməsi mümkünsüz görünür. 

O, Xankəndini bir şərtlə tərk edə bilər: İlham Əliyevin elan etdiyi amnistiyaya düşsün. Ondan sonra gedə bilər, amma bir daha qayıtmamaq şərtilə./Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!