“Kolomoyskiy ölkənin xaç atasına çevriləcək“

saytların hazırlanması

Evə çatdırılma

“Kolomoyskiy ölkənin xaç atasına çevriləcək“

Siyasət

24 Mart 2019 14:30 976


“Vladimir Zelenski Ukraynanın prezidenti seçilərsə oliqarx İqor Kolomoyskiy bir müddət ölkənin xaç atasına çevriləcək. Zelenski öz şouları ilə məhz Kolomoyskinin nəzarət etdiyi televiziya kanalında məşhurlaşıb”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Zelenskinin seçkiqabağı kampaniyası da Kolomoyski tərəfindən maliyyələşdirilir.

“Kolomoyski hazırki prezident Petro Poroşenkodan yanıqlıdır. Çünki Poroşenko bir neçə ilə əvvəl Kolomoyskinin ölkə siyasətinə təsirini azaltmaq üçün onu ölkəni tərk etməsini istədi. Kolomoyski bir müddət İsveçrədəki villasında yaşadı, daha sonra İsrailə köçdü. Ancaq Poroşenko nəticə əldə etmədi. Çünki Kolomoyski ölkə kənarından da Ukraynadakı siyasi proseslərə təsir etdi və elə uğurlu Zelenski layihəsi onun əsəri sayılır”. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!