“Komanda son matçdakı nəticəni artıq unudub“ - Sadıqov

saytların hazırlanması

Evə çatdırılma

“Komanda son matçdakı nəticəni artıq unudub“ - Sadıqov

İdman

27 İyul 2022 21:32 985


"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrail "Makkabi"si (Tel-Əviv) ilə səfər oyunu öncəsi mətbuat konfransı keçirib.

Yenisabah.az xəbər verir ki, o, matçla bağlı deyib: "Sabah bizi "Makkabi"yə qarşı cavab qarşılaşması gözləyir. Bu, bizim üçün növbəti beynəlxalq oyundur. İnkişaf edib, səviyyəmizi artırmaqdan ötrü yaxşı fürsətdir. Böyük istəklə, həvəslə oyuna hazırlaşırıq.

Düşünürəm ki, komandamız son matçdakı nəticəni artıq unudub. Bütün diqqət və motivasiyamızı sabahkı oyuna yönəltmişik. Məşqlərdən də bunu hiss edirəm. Sabah ən əsası istərdik ki, maraqlı oyun olsun. Rəqibə qarşı əzmkar mübarizə göstərib, yaxşı nəticə ilə səfər görüşündən ayrılaq". Toyuqlu pizza

Qeyd edək ki, sabah Tel-Əvivdəki "Blumfild" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Komandalar arasında ilk görüş "Makkabi"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!