Komaya düşən polkovnik vəfat etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Komaya düşən polkovnik vəfat etdi - FOTO

Hadisə

03 Noyabr 2025 17:38 2098


Ehtiyatda olan polis polkovniki Fazil Hüseynov vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Polkovnik xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, bir müddətdir komada idi. Toyuqlu pizza

Qeyd edək ki, Hüseynov Fazil Kamil oğlu 1950-ci ildə Laçın şəhərində anadan olub. İndiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Əvvəlcə Türkmənistan SSR-də işləyib. Azərbaycana qayıtdıqdan sonra Bakı və Sumqayıt polis sistemində çalışıb.

Mərhumun iki oğlu, bir qızı var. Oğlu Azər Hüseynov Daxili İşlər Nazirliyi sistemində çalışır. Polis polkovnik-leytenantıdır.

Digər oğlu Anar Hüseynov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində şöbə müdirinin müavini vəzifəsində, qızı Sürəyya Hüseynova isə Dövlət Gömrük Komitəsində işləyir. 

Allah rəhmət eləsin!

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!