Kömək etmək əvəzinə dostlarının ölümünü kameraya çəkdilər -   ANBAAN VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Kömək etmək əvəzinə dostlarının ölümünü kameraya çəkdilər - ANBAAN VİDEO

Hadisə

20 Noyabr 2019 17:12 1618


Çayda üzməyə gedən bir qrup gənc boğulan dostlarına kömək etmək əvəzinə onu kameraya çəkiblər.

"Yeni Sabah" verir ki, “Uniland”ın məlumatına görə, hadisə Hindistanın Karnataka ştatında baş verib.

Bildirilib ki, 19 yaşlı Cəfər Əyyub iki dostu ilə birlikdə çimməyə yollanıb. Onlar öz əyləncələrini kameraya çəkmək qərarına gəliblər. Dördpendirli pizza

Kadrlardan görünür ki, Əyyub çaya tullanır, bir az üzdükdən sonra sahilə tərəf yönəlir, lakin quruya çıxa bilmir. Dostlardan biri həyatı uğrunda mübarizə aparan gəncə əvvəlcə əlini uzatsa da, sonradan nədənsə geri çəkir və Əyyub dostlarının və yaxınlıqda duran digər qadınların gözü qarşısında batır. Heç kim ona köməyə gəlmir, dostu isə kameraya çəkməyə davam edir.

Şahidlər gənc artıq çayda gözdən itəndən sonra həyəcan təbili çalırlar. Gənc çayın dibindən çıxarılır, lakin o, həmin vaxt artıq ölmüşdü.

Hüquq mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıblar. /oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!