Köməksiz qalan iki azyaşlı belə xilas edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Köməksiz qalan iki azyaşlı belə xilas edildi - Video

Hadisə

08 May 2024 21:44 922


Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış iki azyaşlı təxliyə edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazinin subasmaya məruz qalması nəticəsində fərdi yaşayış evində iki azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. pizza mizza

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qrupu cəlb olunub.

Xilasedicilər tərəfindən köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə təxliyə ediliblər.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!